Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Azərbaycanda baş həkim işdən çıxarıldı: oğurluqda adı hallanır

Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi işdən çıxarılıb.
Masallı Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi şəxsin baş həkimi vəzifəsini icra edən Rasim Əzizov tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, Rasim Əzizov 2003-cü ildən bu ilin fevral ayına kimi Masallı Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin müdiri vəzifəsində çalışıb. R.Əzizov bu ilin fevral ayından isə həmin xəstəxananın baş həkimi vəzifəsini icra edən kimi fəaliyyət göstərib.
Faktı Masallı Rayon İcra Hakimiyyətindən təsdiqləyiblər.
Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rasim Əzizovun mağazalardan birindən oğurluq etməsi ilə bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb. Daxili İşlər Nazirliyi görüntüləri araşdırır. \\APA

Masallı Rayon Mərkəzi Xəstəxanasının oğurluqda şübhəli bilinən baş həkimi işdən çıxarılıb

Tarix: 25 noyabr 2021
Baxış: 158

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş