Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Azərbaycan polisi erməni sürücünü CƏRİMƏLƏDİ

Bir hissəsi Azərbaycan ərazisindən keçən Gorus-Qafan yolu boyunca keçən Sünik rayonunda (qərbi Zəngəzur) Azərbaycanla həmsərhəd olan Xndzoresk kəndinin Syunetsi adlı sakini, yol hərəkəti qaydalarını pozduğuna görə azərbaycanlı yol polisi əməkdaşı tərəfindən cərimələnib.
Yol hərəkəti qaydalarının pozulması haqqında protokol aldıqdan sonra Syunetsi cərimə ödəməli olacaq, amma bunu necə edəcəyini bilmir. "Vorotana getdim, məni türk (azərbaycanlı, -red) yol polisi işçisi saxlayıb, akt yazıb, indi harada ödəyəcəyimi bilmirəm", - o şikayətlənir.
Syunetsi xatırladıb ki, onun yaşadığı kənd Azərbaycanla sərhədin yaxınlığında yerləşir.
Azərbaycanın yol polisində Ermənistan vətəndaşlarına Azərbaycanın inzibati xətalar haqqında qanununa uyğun olaraq cərimə ödəməyi tövsiyə ediblər:
“Ermənistan vətəndaşları cərimələri Azərbaycan Baş Dövlət Yol Polisi İdarəsinin saytında onlayn şəkildə ödəyə bilərlər. Əks halda, onların avtomobilləri Gorus-Vorotan magistral yolunda müsadirə olunaraq cərimə dayanacaqlarına aparılacaq”. / Virtualaz.org

Tarix: 18 oktyabr 2021
Baxış: 137

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş