Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Müstəqillik Gününün yeri niyə dəyişdi?

“Məncə, dəqiqləşdirməyə zərurət vardı və Müstəqillik Günü məsələsi qanunvericiliklə dəqiqiləşdirilərək həllini tapacaq”.


Bunu deputat Fazil Mustafa 28 May Respublika Günü adının 28 may Müstəqillik Günü, 18 oktyabr Dövlət Müstəqilliyi Gününin Müstəqilliyin Bərpası adı ilə əvəzlənməsinə dair  “Müstəqillik günü” haqqında qanun layihəsilə bağlı Turan-a açıqlamasında deyib.

Onun fikrincə, bu addım zəruri idi və əslində normal dəqiqləşdirmədir.

Deputat əlavə edib ki, Fransada 3-cü, 4-cü Respublika anlayışı var. “Bizim əsas hədəfimiz isə müstəqillik idi. Müstəqillik qazandığmız gün isə 28 may günüdür. Odur ki, bu məsələnin dəqiqiləşdirilməsində anormal cəhət görmürəm,  normal yanaşmadır”.

O deyib ki, 18 oktyabr günü isə həqiqətən də müstəqilliyin bərpası günüdür və buna bərpa adının verilməsi doğrudur. 

Deputata görə, burada hansısa narahatedici dəyişiklik yoxdur. \\Yeni Sabah

Tarix: 06 oktyabr 2021
Baxış: 128

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş