Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Ermənistan uşaqları hərbi əməliyyatlara cəlb edir (FOTOFAKT)

"Uzun illər boyu Ermənistanda azərbaycanlılara qarşı yürüdülən nifrət siyasəti bütövlükdə həmin cəmiyyətin üzvlərinin, habelə uşaqların psixologiyasına öz mənfi təsirini göstərir”.

Bununla bağlı Ombudsman Aparatının yaydığı məlumatda deyilir.

Qeyd olunub ki, xüsusilə erməni uşaqlarda Azərbaycanfobiya hissi formalaşdıraraq, onları hərbi əməliyyatlara cəlb edən Ermənistan hərbi-siyasi rəhbərliyinin bu kimi addımları qətiyyən yolverilməzdir:

"BMT-nin "Uşaq hüquqları haqqında” Konvensiyası, "Müharibə zamanı mülki şəxslərin qorunması haqqında” Cenevrə Konvensiyası 15 yaşınadək uşaqların müharibəyə cəlb edilməsini qadağan edir və bunu müharibə cinayəti kimi qiymətləndirir.

Təəssüf ki, beynəlxalq konvensiyalar üzrə götürdüyü öhdəliklərə əməl etməyən Ermənistanın siyasi və hərbi rəhbərliyi qeyd olunan normaları da heçə sayır. Bu kimi faktlarla bağlı daha geniş məlumatlar növbəti hesabatımızda yer alacaq.

Bu vəziyyət İnsan Hüquqları üzrə Müvəkkil olaraq məni ciddi narahat edir. Hesab edirəm ki, Ermənistan hökuməti götürmüş olduğu beynəlxalq öhdəliklərə riayət etməli və azərbaycanlılara qarşı nifrət siyasətindən əl çəkməlidir”. \\Qaynarinfo


 





Tarix: 11 avqust 2021
Baxış: 241

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş