Quru sərhədlər bu təqdirdə açılacaq - AÇIQLAMA
Quru sərhədləri müvəqqəti olaraq açılacağı ilə bağlı məlumatlar var, doğrudur. Amma quru sərhədlərinin həmişəlik açılması məsələsi isə bu hələ ki, sual altındadır.
Gender.az xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza deyib. O bildirib ki, quru sərhədlərin müvəqqəti bağlanmasında fayda var:
“Çünki regionda müəyyən proseslərin getməsi, qonşu dövlətlərdə olan agentura şəbəkəsinin Azərbaycana müdaxiləsi və bir çox səbəblər var ki, sərhədlərin nəzarətdə saxlanılmasında fayda var. Ona görə də dövlət bu təhlükəsizlik qaydalarına əməl edərək bu cür addımlar atır. Nə zaman tamamən açılacağı isə COP29 hadisəsindən sonra ola bilər. Regionda bir sıra dəyişikliklər və təhlükəsizlik qaydalarının maksimuma qaldırılması, ölkələr arasında anlaşmalar müsbət nəticə göstərərsə, açıla bilər”.
Tarix: 05 sentyabr 2024
Baxış: 57
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş