Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Marşrut sürücüsünün öldürdüyü piyadanın oğlu 25 min manat istəyir
 
Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnmiş qəza törətməkdə təqsirləndirilən marşrut sürücüsü Pərviz Quliyevin cinayət işi üzrə iclas davam etdirilib. Sürücüyə son söz imkanı verilib.Pərviz Quliyev peşman olduğunu deyib. Məhkəmədən öhdəsində azyaşlı uşaqların olmasını nəzərə almağı xahiş edib. Sürücü daha yüngül cəza verilməsini istəyib.
Keçən il baş verən hadisə zamanı Pərviz Quliyev 185 saylı marşut xətti üzrə sürdüyü avtobusla Bakıxanov qəsəbəsində Miqdat Kuxmazovu vurmuşdu. Piyada hadisədən bir həftə sonra xəstəxanada keçinmişdi.
Məhkəmənin hökmündə sürücünün heroin qəbul etdiyi yazılıb. Pərviz bunu inkar etmir. Deyir ki, qaraciyər serrozundan əziyyət çəkdiyinə görə narkotik maddələrə ehtiyac duyur.
Məhkəmə bu gün hökm çıxarıb. Pərviz Quliyev 6,5 il azadlıqdan məhrum edilib.
Eyni zamanda Miqdat Kuxmazovun oğlunun mülki iddiası təmin olunmayıb. Həlak olanın övladı sürücünün ona 25 min manat ödəməli olduğunu bildirib. O, xəstəxanada, sonradan isə dəfn, yas üçün bu qədər pul xərclədiyini söyləyib. Mülki iddiaya baxılmayıb. İddiaçı bunun üçün ayrıca mülki qaydada müraciət etməli olacaq.\\Bizimyol.info
Tarix: 09 iyul 2019
Baxış: 578

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş