Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Belçika kralı atalıq testi vermədiyi üçün cəzalandırıldı
Brüsselin Apellyasiya məhkəməsi bu gün Belçikalıların Kralı II Alberti atalıq testindən keçmədiyi üçün cəzalandırıb. Atalıq testi tələbi kralın nikahdankənar qızı Delfin Boel tərəfindən qaldırılıb.
Delfina Boelin vəkili jurnalistlərə bildirib ki, əgər kral atalıq testindən keçməzsə ekspertizanın təyin etdiyi gündən sonra ötürülmüş hər gün üçün kral 5 min avro ödəməli olacaq.
2018-ci ildə Brüssel məhkəməsi Delfina Boelin atası Jak Boelin onun bioloji atası olmamasını təsdiq edərək, 84 yaşlı II Albertə 3 ay ərzində atalıq testindən keçmək barədə qərar çıxardıb. Delfina Boelin II Albertin qızı olması qanunla təsdiq olunsa o taxt- tacın varislərindən biri olacaq.
Delfina Boelin anası baronessa Sibill de Selis Lonqşamdır.O qızından uzun müddət həqiqəti gizlədib.18 yaşı olarkən Delfina anasının monarxla 16 il davam etmiş sevgi münasibətləri barədə öyrənib.
Kral II Albert 2013-cü ilin iyul ayında taxtını oğlu kral Filipə təhvil verib. \\Oxu.az
Tarix: 16 may 2019
Baxış: 662

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş