Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Paytaxtda bir aylıq QADAĞA

Tehran polisi Ramazan ayı ərzində ictimai yerlərdə oruc tutmadığını bəyan edən insanları cəzalandıracaq.
Gender.az xəbər verir ki, Azərtac-ın Tehran polis idarəsinin rəisi Hüseyn Rəhiminin vətəndaşlara etdiyi müraciətinə istinadən xəbər verir ki, kafe və restoranların fəaliyyəti axşam namazına kimi qadağan ediləcək.
Sifarişlə yemək hazırlayıb evlərə və iş yerlərinə çatdıran restoranlar isə polisdən xüsusi icazə aldıqdan sonra fəaliyyət göstərə bilərlər.
Polis rəisi onu da qeyd edib ki, otel və kinoteatrlar da iftardan sonra fəaliyyət göstərə bilərlər.
Xatırladaq ki, bu gecədən başlayaraq müsəlman aləmi müqəddəs Ramazan ayına qədəm qoyacaq.
 
Tarix: 06 may 2019
Baxış: 551

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş