Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Oğurluq üçün xüsusi təlim görən meymun kameraya yaxalandı - VİDEO

Hindistanın Uttar Pardeş əyalətində avtomobil yolu kassasının qarşısında dayanan avtomobildən çıxan meymun kassanın içinə girərək pul oğurlayıb.

Kassa işçisi avtomobilin sürücüsünə qəbz verərkən avtomobildən çıxan meymun kassanın pencərəsindən içəri girib. hadisə qarşısında təəccüblənən kassa işçisi özünü meymundan qorumağa çalışarkən meymun kassadan pul götürərək oradan uzaqlaşıb.

Hadisənin şahidləri kassa işçisinin meymunun arxasıyca qaçdığını, amma onu tuta bilmədiyini deyib. Hadisədən sonra kassa işçisi meymunun içindən çıxdığı avtomobilin sürücüsünü sorğuya çəkib. Sürücü isə meymunla heç bir əlaqəsi olmadığını deyib.
Kassa ilə əlaqəli olan bir şirkətin rəhbəri meymunun oğurluq üçün xüsusi olaraq təlim gördüyünü və daha əvvəl də belə bir hadisə ilə qarşılaşdığını bildirib./metbuat.az

 

 

Tarix: 04 may 2019
Baxış: 585

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş