Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
İki əfsanəvi “Nokia” telefonu BƏRPA EDİLƏCƏK
 
"Nokia" brendi hüququna sahib "HMD Global" şirkəti Finlandiya markasının iki əlamətdar telefonunu yenidən buraxmağa hazırlaşır. Söhbət 2007-ci ildə biznes üçün buraxılan "Nokia 6300" seriyasından və paslanmayan polad korpusa malik "Nokia 8000" modelindən gedir.
"WinFuture" nəşrinin məlumatına görə, bərpa edilmiş "Nokia 6300" modelində klassik dizayn və düyməli klaviatura saxlanılsa da, müasir proqram təminatı ilə təchiz ediləcək. Digər modeldə "Nokia 8000" telefonunun yalnız stilistikası qorunacaq - mobil telefon bahalı materiallardan hazırlanacaq.
Məlumata görə, hər iki model "4G" şəbəkələrinə (LTE) qoşulmaq imkanı ilə təchiz olunacaq. Yeni qurğuların "Nokia 8110", "2720 Flip" və "800 Tough" kimi başlanğıc səviyyəli ucuz düyməli qurğular üçün "KaiOS" əməliyyat sistemindən istifadə edəcəyi barədə məlumat verilmir.
Bərpa edilmiş "Nokia 6300" və "Nokia 8000" mobil telefonlarının yaxın həftələr ərzində təqdim ediləcəyi gözlənilir. \\İctnews.az
Tarix: 12 noyabr 2020
Baxış: 388

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş