Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Britaniya Üçüncü Dünya Müharibəsinə hazırlaşır - İDDİA


Böyük Britaniya hərbi qüvvələrinin rəisi Niik Karter bazar günü Sky News-a verdiyimüsahibədə dünyanın koronavirus pandemiyası səbəbilə "çox qeyri-müəyyən və narahat" bir dövr keçirməsi, regional gərginliyin Üçüncü Dünya Müharibəsinə keçmək təhlükəsi ilə üz-üzə qalması ilə bağlı xəbərdarlıq edib.

Generala ünvanlanan "Yeni dünya müharibəsi ilə bağlı real təhlükə varmı?” açıq sualını Karter belə cavablandırıb: "Mən deyirəm ki,təhlükə var və biz bu təhlükələridərk etməliyik”.

Britaniya Rusiyanın təsir zonasında qarşıdurmalar yaradır

Britaniya generalı konkret təhlükəli regional münaqişələrin adını çəkməyib, bununla belə, sözügedən münaqişələrin tətikçisi məhz Böyük Britaniyadır.
Beləliklə, London Ukraynada hərbi bazalar yaratmaq firindədir, bu isə böyük ehtimalla Donbassda situasiyanın daha da gərginləşməsinə zəmin yaradacaq.
Xatırladaq ki, ötən ay Ukrayna Prezidenti Vladimir Zelenskinin səfəri zamanı Londonda Ukrayna tərəfinə 1,25 milyard funt-sterlinq kredit ayrılması ilə hərbi və hərbi-texniki sahələrdə ikitərəfli əməkdaşlığın gücləndirilməsinə dair memorandum imzalanmışdı. Bu vəsaitlər yeni hərbi dəniz bazalarının inşasına, Ukrayna Dəniz Qüvvələrinin (Hərbi Dəniz Qüvvələrinin) yenidən təchiz olunmasına yönəldilməlidir.

Ukrayna Prezident Aparatı rəhbərinin müavini İqor Jovkvanın İnterfaks-a verdiyi məlumata görə, xarici hərbi personal Azov və Qara dəniz sahillərində yerləşdirilən bazalardaqala biləcəklər.

Avrasiya İqtisadi Birliyi (AİB) İnstitutunun direktoru Vladimir Lepexinin Pravda.Ru-ya verdiyi məlumata görə, Böyük Britaniya possovet məkanında ABŞ-ın əhəmiyyətini kölgədə qoyub. Ekspertin fikrincə, Dağlıq Qarabağda müharibənin əsas təşəbbüskarları Britaniya xüsusi xidmət orqanları və Türkiyədir, bu əməliyyat Rusiya Federasiyasına və qismən İrana qarşı yönəldilib.

Qeyd edək ki, Türkiyənin Azərbaycan istiqamətində fəallaşması Rəcəb Ərdoğanın köhnə dostu Riçard Murun Britaniya kəşfiyyatı Mİ-6-ya rəhbər təyin olunması ilə üst-üstə düşüb. Zelenski Murla Londondakı ofisində görüşdü və burada əsasən Rusiyaya qarşı mübarizə məsələlərini müzakirə ediblər.
Zelenskinin İstanbula sonrakı səfəri və Ərdoğanın Krımın geri qaytarılmasında iştirak etmək vədi, Richard Murla Ərdoğanın Rusiya istiqamətindəki ortaq maraqlarını təsdiqlədi. Odur ki, general Karter nə haqda danışdığını bilir.
 
 
Rusiya Donbass respublikalarını tanımalıdır

Beynəlxalq jurnalist və "Russki ças” ("Русский час") studiyasının rəhbəri Aleksandr Korobko Pravda .Ru-ya bildirib ki, Donbassdakı müharibəni az əvvəlABŞ-ın prezidenti seçilən Co Bayden alovlandırıb və məhz o, Böyük Britaniyanın köməyilə həmin müharibəni yenidən başlada bilər.
 
Aleksandr Korobko hesab edir ki, "hansısa Marya Alekseyevanın dediklərini həyəcan içində, nəfəs dərmədən izləməyə eytiyac yoxdur, ondansa Rusiya öz iqtisadiyyatı ilə məşğul olsun, həmçinin anlasın ki, 1945-ci ildə Avropanın xəritəsini yeniləyən məhz ruslar olub.”
 
Jurnalistin fikrincə, Rusiya Donbassı tanımalıdır, çünki bu bölgədə genişmiqyaslı müharibənin başlanması ehtimalını azaldar.

"Rusiya sülhməramlıları Donbassa daxil olmalıdırlar ki, nə İngiltərədən, nə də Amerikadan heç kəs bizim maraqlarımız zonasına müdaxilə etməyə cəsarət etməsin. Onlar sadəcə bilməlidirlər ki, Rusiyaya yaxınlaşmaq qadağandır”,-deyə Aleksandr Korobko bildirib.
 
General Nik Karterlə müsahibə, İkinci Dünya Müharibəsində həlak olan Böyük Britaniya və Birlik ölkələrindən olan əsgərlərin təntənəli anma mərasimi ilə əlaqədar yazılmışdı.
 
The Guardian nəşrinin verdiyi məlumata görə, könüllülər sarıdan qıtlıq yqaşayan Britaniya ordusu sıralarında bu gün 73 870 hərbçi var, əslində isə bu rəqəm 82.050 olmalı idi.
 
Qəzet bildirir ki, Hərbi Qüvvələr texnologiyaların, özəlliklə də robotların köməyilə canlı qüvvə sahəsindəki boşluğu doldurmağa yönəlmiş bir neçə layihə üzərində işləyir. /Sfera.az
Tarix: 11 noyabr 2020
Baxış: 359

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş