Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
“Şənliyimdə 10 nəfər virusa yoluxdu, şişirdiləsi nə var?!”
                                          

Türkiyə gözəli Şevval Şahinin keçirdiyi şənlikdə 10 nəfər koronavirusa yoluxub.

Gender.az  qafqazinfo-ya istinadən xəbər verir ki, o, KİV-ə açıqlamasında iki dəfə test verdiyini, cavabın neqativ çıxdığını qeyd edib. O, sevgilisi Yiğir Marcusun isə virusa qalib gəldiyini vurğulayıb.

"Təşkil etdiyim partidə 10 nəfər virusa yoluxdu. Şişirdiləsi heç nə yoxdur”,- deyə Şahin bildirib.

Model sözügedən açıqlamadan sonra sosial şəbəkələrdə tənqid edilib. Müğənni Demet Akalın və aktrisa Burcu Kıratlı Şevvalı cahil adlandırıb.

"Tanınmış insanlar ictimaiyyətə nümunə olmalıdır. O zaman kənara çəkilsinlər, gözə görünməsinlər. "Sadəcə 10 nəfərdə pozitiv çıxdı”- nə deməkdir? 10 nəfər azdır? Bütün günü maarifləndirirlər ki, hər şeyə diqqət edin! Cahilsiz”- deyə B. Kıratlı söyləyib.
Tarix: 17 sentyabr 2020
Baxış: 332

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş