Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
AMEA “maygülü”nün adını dəyişdi
Azərbaycan Milli Elmlər Akademiyasının iclasında müzakirəyə çıxarılmış 20 quş növünün adı oriontoloqlar tərəfindən dəyişdirilib.
Gender.az xəbər verir ki, Zooloji Muzeyin direktoru Səbinə Bünyatova AzərTac-a açıqlamasında bildirib ki, maygülü adlandırılan quş növünün adı dəyişdirilərək batağan kimi qəbul olunub. Çünki bu quş suyun dərinliklərinə baş vurmaq xüsusiyyətinə malikdir.
Lələk örtüyünün xallı naxışa malik olması əsas götürülərək böyük qartalça və ya çığırğan qartalça növünə böyük xallı qartal adı verilib. Ördəktutan qızılquş və ya ördəktutan kimi tanıdığımız quş növünün adının bu növün bioloji xüsusiyyətlərini tam əks etdirmədiyini və ölçücə kiçik olan bu quşun təbiətdə ördək ovlanması faktının yanlış olduğunu əsas götürərək sərçəkimilərə aid kiçik quşlarla qidalanan qızlıquş növünün adı sərçəçalan kimi dəyişdirilib.
Qəşəng durna növünün adı isə telli durna kimi qəbul edilib. Çünki bu növün baş hissəsində tel formasında uzanan lələk topası olur. Dovdaqlar fəsiləsinə aid olan müxtəlif ədəbiyyatlarda cek, gözəl cek, qəşəng baladovdaq kimi yazılan növün adı qəşəng dovdaq olub.
Kölgəlik yarpaqgüdəni əvəzinə sin-sin yarpaqgüdəni qəbul edilib, çünki növ bu cür səs çıxarır, lakin "tenkovka” adı rus dilindən səhvən "kölgə” kimi tərcümə edilib.
Həmçinin alman və rus mənşəli bir sıra adlar milli adlarla dəyişdirilib: trinqa – otluq cüllütü, bekas – meşə cüllütü, sterna – sümrü, sitta – fitçi, tixodrom – qaya quşu və s.
 
Tarix: 04 aprel 2019
Baxış: 567

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş