Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Almaz Ələsgərli efirdə erməni mahnısı oxudu - VİDEO
 
Əməkdar artist Almaz Ələsgərli efirdə erməni müğənnisinin repertuarına müraciət edib.
Almaz Ələsgərli erməni Vigen Şakaryanın bəstələdiyi və Artur Amiryanın müğənni Ancelina Kaplan ilə ifa etdiyi “Da zdravstuet lyubov” adlı mahnısını Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyoru Emil Heydərovla ifa edib.
Belə ki, müğənni mahnını ilk olaraq Azad Azərbaycan televiziyasında yayımlanan "7 canlı" verilişində oxuyub. İfaçı mahnıdan bir hissəni İnstaqram səhifəsində də paylaşıb.
Məsələ ilə bağlı saytımızın əməkdaşı Almaz Ələsgərli ilə əlaqə saxlayıb.
Əməkdar artist Teleqraf.com-a açıqlamasında deyib: "Bu bizim şəxsi mahnımızdır, bilirsiniz ki, həmişə ermənilər bizdən oğurlayıblar. Bizim mahnıdır və bizə hədiyyə etmişdilər, onlar bizim mahnıları özlərinin adına çıxarırlar. Bizi də qınayırsınız. Bu bizim mahnıdır, vəssalam!"
Qeyd edək ki, müğənni sözügedən mahnını Azad Azərbaycan kanalında yayımlanan "7 canlı" verilişində və Xəzər televiziyasında yayımlanan 5/5 verilişində ifa edib. \\Teleqraf

​​​

​​​
Tarix: 14 avqust 2020
Baxış: 484

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş