Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Hərəkətsizlik ölümə səbəb olur

Alimlər hər il dünyada əhalinin ölüm sayının artmasının əsas səbəblərindən birini açıqlayıb.
Aparılan araşdırmalara görə son zamanlar ölümlərin artmasına əsas səbəblərdən biri kimi insanların hərəkətsizliyi göstərilib.
Dünya Ürək Federasiyası artan ölümlərin 6 faizinin insanların hərəkətsizliyi ilə bağlı olduğunu qeyd edib. Bildirilib ki, gündə ən az 1 saat ayaqla gəzməlisiniz. əgər oturaq işdə işləyirsinizsə, hər 1 saatdan bir ayağa qalxıb yerinizdə hərəkətlər edin. Hazırki dönəmdə dünya əhalisinin böyük hissəsi şəkərli, duzlu və piylənməyə meyilləndirən qidalara üstünlük verir. Məhsulların düzgün şəraitdə saxlanılmaması 10 ölüm halından 4-nə səbəb kimi göstərilir.
Alimlər siqaret çəkənlərə də xəbərdarlıq edib. Əgər onu birdəfəlik tərgidə bilmirsinizsə, gündə istifadə sayını azaldın.\\Axşam.az

Tarix: 27 may 2023
Baxış: 199

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş