Qazilər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önündə ETİRAZ AKSİYASI KEÇİRİB - VİDEO
Oktyabrın 7-də II Qarabağ müharibəsi qaziləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önündə etiraz aksiyası keçiriblər.
Gender.Az xəbər verir ki, qazilərin sözlərinə görə, sosial durumları ağırdır, çünki nə əlillik dərəcəsi ala bilirlər, nə də iş tapa bilirlər.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi Tural Qurbanov qazilərin təkrar komissiyadan keçiriləcəyini bildirib.
44 günlük müharibədən sonra vaxtaşırı qazilər ƏƏSMN önündə etiraz aksiyası keçirir.
Onlar sosial problemlərini və əlillik dərəcələrini düzgün təyin olunmadığını dilə gətirir. 44 qazi isə intihar edib.
Mənbə: Toplum.tv
Tarix: 08 oktyabr 2022
Baxış: 755
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş