Redaktor seçimi
    "Ermənistan öhdəlikləri yerinə yetirmir" - Ceyhun Bayramov
Xəbər lenti
Reklam
Azərbaycanlı deputat iranlı diplomata cavab verdi — FOTO

Təbrizin keçmiş millət vəkili, İranın Tacikistandakı sabiq səfiri Əliəsğər Şeirdust Azərbaycan haqqında həqarətli fikirlər səsləndirib. Bu haqda sosial şəbəkələrdə video yayılıb.

“Klub Haus”da çıxış edən diplomat bildirib ki, İran rəsmiləri Azərbaycanda İran haqqında səslənən fikirlərə baş qoşmamalıdır: “Onlara üz vermək lazım deyil. Cənubi Azərbaycan deyə bir şey yoxdur. Mən bunu vaxtilə Azərbaycanda televiziya kanallarında da demişəm. İllər əvvəl onların böyük şəxsiyyətlərindən biri bizə qonaq gəlmişdi. O gedəndən sonra gördüm ki, anam su borusunu əlinə alıb xalçaları, evi yuyur. Dedim ki, niyə belə eləyirsən. Anam cavab verdi ki, onlar murdardır (daha təhqiramiz ifadə işlədir) ona görə də evi təmizləyirəm. Bizim onlara baxışımız belə olub. Azərbaycan kimdir ki, İrandan torpaq iddiası etsin!?”

Gender.az xəbər verir ki, Milli Məclisin deputatı Etibar Əliyev iranlı diplomatın təxribatçı çıxışına cavab verib. Parlamentari bu barədə feysbuk hesabında yazıb.

"Əliəsğər Şeirdusta bir-iki xatırlatma etmək istəyirəm: Mənim rəhmətlik nənəm çox dindar qadın olub. Deyirdi ki, yağış yağanda erməniyə yaxın durmayın, islanmış paltarı ilə sizi murdarlaya bilər.

İkincisi, Şeirdustun anasının ona dediyi murdar məsələsi də dostları ermənilərə aiddir. Erməninin ən çox sevdiyi heyvan donuzdur. Bu vəhşi və murdar millət işğal olunmuş ərazilərimizdəki məscidlərdə donuz saxlayıblar. Boyuna xam ip tutsunlar, ay Şeirdust, məsciddə donuz saxlayıblar! Bunu bilirsən axı! Elə sizləri birləşdirən bəlkə də murdarlıqdır. Mənəvi murdarlıq..."


Tarix: 15 sentyabr 2022
Baxış: 581

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}