Dələduzluq faktlarıyla bağlı cinayətlərin artması həm də bəzi hüquq mühafizə orqanları əməkdaşlarının, müstəntiqlərin və vəkillərin dələduzlarla əlbir olaraq başqasının əmlakını ələ keçirməyə çalışmasıdır. Azərbaycanda bəzi tanınmış vəkillərin bu sahədə xüsusilə "təcrübə" qazandığı bildirilir. Dələduzluq əməlinin qurbanı olmuş şəxslərdən biri də iş adamı İsmayıl Hüseynovdur. Tovuz rayonunun Qovlar şəhərinin sakini "Hürriyyət.az"a müraciət edərək, özünü vəkil kimi təqdim edən Sevil Hacıyeva tərəfindən aldadıldığı barədə ötən buraxlışlarımızda da məlumat vermişdik. Belə ki, Tovuzun tanınmış iş adamı sayılan və sahibkarlıq fəaliyyəti göstərmiş İsmayıl Hüseynov deyir ki, iki oğlu hazırda həbsdədir. Oğlanlarına vəkillik edən Sevil Hacıyeva Hüseynovlar ailəsinə yalan vədlər verərək, ailənin ümumilikdə 470 000 manat pulunu və əmlaklarını mənimsəyib. Bütün bunlara rəğmən, İ.Hüseynovun hər iki oğlu 9 il müddətinə həbs edilib. İsmayıl Hüseynov uzun illərdir fermer təsərrüfatıyla məşğuldur. Deyir ki, illərlə çalışıb qazandıqlarını, ailəsinin əmlaklarını dələduzluq nəticəsində itirib. Şikayətçinin sözlərinə görə, özü də, oğlu da vəkilə inanıb və Rahib Hüseynov müdafiəçi ilə rəsmi nikah bağlayıb. Gəncədəki “Asan Xidmət”də əmlaklar Sevil Hacıyevanın adına keçirilib. Müflis olmuş iş adamı iddia edir ki, Sevil Hacıyeva təkcə həmkarlarının deyil, bir çox peşə sahiblərinin həsəd apara biləcəyi zirəkliyə və məharətə sahib imiş. O, qısa müddət ərzində bir vəkilin yüz ildə əldə edə bilməyəcəyi sərvətə yiyələnmək üçün əlinə düşmüş tarixi fürsəti əldən verməyib. Belə ki, özündən 10 yaş kiçik Rahib Hüseynovla nikahdan sonra astronomik sürətlə varlanan S. Hacıyeva bahalı mobil telefondan, “zerkalnı” nömrədən tutmuş “Range Rover” markalı avtomobilə sahiblənməklə kifayətlənməyib, Tovuz rayonu Qovlar stansiyasındakı iri fermer təsərrüfatını da öz adına keçirməyə imkan tapıb. İş adamının sözlərinə görə, o, bütün sadalananlardan əlavə, ailənin digər əmlaklarını da mənimsəyib. İsmayıl Hüseynov əlavə edib ki, hüquq-mühafizə orqanlarına müraciət etsə də, “Sevil Hacıyeva dələduzluq yoluyla ələ keçidiyi pulları rüşvət qismində hüquq-mühafizə orqanlarına verərək, cinayət işini ört-basdır edir”. Tovuz sakini vəkilin cinayət məsuliyyətinə cəlb olunması, pul və əmlaklarının geri qaytarılmasını tələb edir. Bu məqsədlə prokurorluğa da şikayət edib. Lakin bir il müddət keçməsinə baxmayaraq, prokurorloqda baxılan işin heç bir nəticəsi yoxdur. Görəsən, Baş Prokurorluq niyə bu qədər faktları görməzlikdən gəlir?... Onu da qeyd edək ki, Sevil Hacıyeva qanunsuz əməllərinə görə Vəkillər Kollegiyasından da kənarlaşdırılıb. Lakin, aldığımız məlumata görə o görə Vəkillər Kollegiyasından kənarlaşdırılmağına baxmayaraq, hələ də vəkil kimi fəaliyyətini davam etdirir. Baş Prokurorluq işi niyə araşdırmır?... İsmayıl Hüseynov redaksiyamıza yeni faktlar da təqdim edib. Təqdim edilən səs qeydlərində Sevil Hacıyeva Hüseynovlar ailəsinin Tovuzdakı mənzilini də ələ keçirmək istəyir. Təəssüf ki, faktlar və sübutların olmasına baxmayaraq Baş Prokurorluq işi araşdırmaqda maraqlı deyil. İşin bu qədər uzadılması, üstündən bir ildən çox keçməsi ya Baş Prokurorluq əməkdaşlarının təcrübəsiz olduğunu göstəri, yaxud da burda tamamilə başqa məqsədlər var... Sevil Hacıyeva və qızları qardaşı arvadına xəsarət yetirdi Sevil Hacıyevadan təkcə Hüseynovlar ailəsi zərərçəkməyib. Redaksiyamıza müraciət edən onun qardaşı, Xaçmaz rayonu, Gödəkli kənd sakini Yaşar Daşdəmirov da bacısı Sevil Hacıyeva tərəfindən təhdidlərlə üzləşdiyini bildirib. Yaşar Daşdəmirov bildirir ki, evinə gələrək fındıq kisələrini gptürən Sevil Hacıyeva və qızları onun yoldaşına bədən xəsarətləri yetiriblər: "Mən sahədə olan həyətimə gəliblər. Hazır kisədə fındıqlarım olub. Sevilin qızları kisələri götürüb maşınına yığıblar. Yoldaşım da bunu görüb, onlarda niyə kəsələri apardığını soruşub. Daha sonra özü və qızları yoldaşımın üzərinə hücum edərək döyüblər. Bunu eşidən kimi tez sahədən evə gəldim. Dərhal polislə əlaqə saxladım. Yoldaşımın vəziyyəti ağır olduğu və özündən getdiyi üçün təcili yardım çağırdıq. Polis bizdən izahatları aldı. Lakin polis Sevil Hacıyevanın maşınına girə bilməyəcəyini dedi. Bildirdim ki, bizdən oğurlanan fındıq kisələri onun maşındadır. Polis ərizə yazmağımı bildirdi. Ərizə yazdıq. Amma məndən mənimsələnilən fındıq kisələri geri qaytarılmadı. Mənə təxminən 100 azn ziyan dəyib. Yoldaşım tibbi ekspertdən də keçib və polisə təqdim edilib. Baş verənlərdən sonra Sevil Hacıyeva yenidən evə daxil olmağa çalışdı. Keçən il də bu hadisələr baş vermişdi. Bu adam mənə və ailəmi daim təhlükə altında saxlayır. Məqsədi odur ki, özümə aid olan əmlaklarımı əlimdən alsın. İstəyinə çatmayanda, mənə və ailəmə qarşı hücuma keçir. Hüquq-mühafizə orqanlarından ailəmin təhlükəsizliyinin təmin edilmısini xahiş edirəm".