Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Erməni dövləti yoxdur, çünki biz millət deyilik - Aşotyan

Bizim dövlətimiz yoxdur. Ermənistan sadəcə yalnız əlifba göstəricisidir.
Bunu Ermənistanın Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan deyib.
“Bizim dövlətimizin olmadığı mübahisəsiz faktdır. Ermənistan sadəcə əlifba göstəricisi, ritual detal, BMT üzvləri siyahısında siyasi anlaşılmazlıqdır. Bizim dövlətimiz təkcə kapitulyantın günahına görə yox olmayıb, səbəb kifayət qədər dərindir. Dövləti millət yaradır. Bizim dövlətimiz erməni millətinin olmamasına görə yoxdur. Millət yerinə 29 min kvadrat kilometrdə bioloji populyasiya yaşayır. Populyasiya dövlət ola bilməz, ən yaxşı halda areala çevrilə bilər”, – deyə o bildirib. //Axar.az

Tarix: 18 oktyabr 2021
Baxış: 142

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş