Redaktor seçimi
    Bu şəxslər yenidən müddətli həqiqi hərbi xidmətə göndəriləcəklər
Xəbər lenti
Reklam
Yeni seçilən deputat Fikrət Məmmədovun qızı deyil - Rəsmi AÇIQLAMA

Sosial şəbəkələrdə sabiq ədliyyə naziri, Konstitusiya Məhkəməsinin hakimi Fikrət Məmmədovun qızının millət vəkili seçilməsi ilə bağlı məlumat yayılıb. Məlumatda Məmmədova Nigar Fikrət qızının keçmiş nazirin övladı olduğu qeyd edilib.
Gender.Az-ın məlumatına görə, Konstitusiya Məhkəməsindən “Qafqazinfo”ya bildirilib ki, deputat seçilən Məmmədova Nigarın Fikrət Məmmədovla heç bir qohumluq əlaqəsi yoxdur.
Qeyd edək ki, Nigar Məmmədova 48 saylı Abşeron Birinci Seçki Dairəsindən deputat seçilib. O, parlamentə ilk dəfə seçilən deputatlardandır.
Xatırladaq ki, Nigar Məmmədova namizədliyi irəli sürülənədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru vəzifəsində çalışıb.
N. Məmmədova xarici işlər nazirinin müavini Elnur Məmmədovun xanımıdır.

Tarix: 05 sentyabr 2024
Baxış: 60

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş