Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Tanınmış azərbaycanlı jurnalistin oğlunu DÖYÜB ÖLDÜRDÜLƏR

Rusiyada azərbaycanlı jurnalist Larisa Cavanşirin oğlu öldürülüb.
Bu barədə jurnalist özü məlumat verib.
Onun sözlərinə görə, hadisə aprelin 25-dən 26-a keçən gecə Kaluqa vilayətində baş verib:
“Qətl oğlumun bir qrup şəxslə dincəlmək üçün toplaşdığı evdə olub. Səbəb məişət münaqişəsidir. Oğlum Teymur orada baş verən mübahisə zamanı qadınlardan birini müdafiə edirmiş. Bu zaman mübahisə edənlərdən biri Teymurla həyətə çıxıb. Həyətdə həmin şəxs oğlumu iki dəfə vurub, nəticədə Teymur kəllə-beyin travması alıb. Dərhal təcili tibbi yardıma məlumat verilmədiyi üçün oğlum dünyasını dəyişdi.”
L.Cavanşirin sözlərinə görə, oğlu Teymur ailəli olub, 1 övladı var.
Qeyd edək ki, Larisa Cavanşir hazırda bakuinform.az informasiya portalının rəhbəridir. \\ Lent.az

Tarix: 04 may 2022
Baxış: 268

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş