Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Azərbaycanda qorxulu olay: ayağı çöldə maşın idarə edir - VİDEO
 
Bir əlində siqaret, o biri əlində sükan, ayaqlarından biri isə pəncərədən çöldə...
Sürücülərdən biri magistral yolda belə bir vəziyyətdə mikroavtobus idarə edib.
Görüntünü rayonlararası yollardan birində, mikroavtobusun yanından keçən avtomobildəki sərnişin qeydə alıb. Sosial şəbəkələrdə müzakirələrə səbəb olan görüntüdə sürücü həm özünün, həm də digər nəqliyyat vasitələrinin sürücülərinin həyatını təhlükəyə atır.
Görüntüdə 99-RB-822 dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü ayağını pəncərədən çıxararaq nəqliyyat vasitəsini sürür. Bu azmış kimi sükan arxasında siqaret çəkən sürücü kameraya əl etməkdən belə çəkinmir.
Görüntünü izləyən yol hərəkəti üzrə ekspert Azər Allahverənovun sözlərinə görə, bu vəziyyətdə həmin sürücü sükanın idarə edilməsi qaydasını pozaraq qəza şəraiti yaradır.
İnzibati Xətalar Məcəlləsinə görə bu sürücü yol polisi tərəfinən saxlanılaraq cərimə oluna bilər.
Məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, həmin sürücü ilə bağlı araşdırma aparılır və nəticəyə uyğun olaraq onun barəsində tədbir görüləcək. \\Xəzərxəbər.az

Tarix: 12 iyul 2019
Baxış: 31444

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş