Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Sarkisyanın QUDASI AXTARIŞA VRİLDİ
 
Ermənistanda tibb mərkəzinin baş həkimi vəzifəsindən azad edilmiş Serj Sarkisyanın qudası Ara Minasyanın barəsində beynəlxalq axtarış elan edilib. 
Yerevan məhkəməsi onun qiyabi həbsinə dair qərar verib.
Ermənistan İstintaq Komitəsinin yaydığı məlumatda bildirilir ki, sabiq prezidentin qudası iqtisadi cinayətlərdə ittiham edilir. Komitə iyulun 12-də onun həbs edilməsi ilə bağlı məhkəməyə vəsatətlə müraciət edib və hakim onu təmin edib. Minasyanın istintaqdan gizlənməsi və yerinin məlum olmaması səbəbindən onun barəsində beynəlxalq axtarış elan olunub.
Sarkisyanın qudası ağır nəticələrə səbəb olan kommersiya və ya digər təşkilatların səlahiyyətlərindən sui-istifadə edilməsində, bir qrup şəxslə əlbir olaraq sənədlərin saxtalaşdırılmasında, böyük məbləğdə maliyyə vəsaitlərinin israfında və mənimsənilməsində təqsirli bilinir. Onun dövlətə 1,9 milyon dollar zərər vurduğu və 152 min dollar məbləğində vəsaiti mənimsədiyi bildirilir. \\Yeni Sabah
Tarix: 12 iyul 2019
Baxış: 41398

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş