Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Bakıda uşaq bağçasında DƏHŞƏTLİ HADİSƏ

Dünən günorta saatlarında Bakı şəhər Nərimanov rayonunda yerləşən uşaq bağçalarından birində ölüm hadisəsi baş verib.
Balaəmi Dadaşov küçəsi 7 ünvanında yerləşən 49 saylı uşaq bağçasında qruplardan birində 2017-ci il təvəllüdlü Dadaşov Mehti Ramin oğlunun halı qəfil pisləşib.
4 yaşlı uşaq bağça əməkdaşlarının köməkliyi ilə saat 14:00 radələrində yaxınlıqdakı “Buta” klinikasına çatdırılıb, lakin onun artıq vəfat etdiyi məlum olub.
İlkin araşdırmalar zamanı azyaşlının üzərində hər hansı xəsarət və xəsarət izi aşkar edilməyib. Onun hansı səbəbdən halının pisləşməsi və vəfat etməsi hələlik məlum deyil.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır. \\Publika.az

Tarix: 11 dekabr 2021
Baxış: 218

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş