Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
"Azərişıq" ASC-nin iki əməkdaşı bıçaqlandı, biri isə döyüldü

Ağdamda "Azərisıq” ASC-nin iki əməkdaşı bıçaqlanıb, digəri isə döyülüb.

"Azərisıq” ASC-nin Ağdam Elektrik Şəbəkəsi İdarəsinin əməkdaşları Tariyel Mirzəyev və Şükür Mirzəyev Ağdamın Quzanlı qəsəbəsində borclu abonent tərəfindən bıçaqlanıblar. İdarənin digər işçisi Elşən Əzizov isə döyülüb. İlkin məlumata görə, hadisəni törədən şəxs borcu çox olduğundan elektrikin verilişinin dayandırmaq üçün gələn işçilərə qarşı bu hərəkəti edib.
Hər iki yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır. \\Unikal


Tarix: 09 dekabr 2021
Baxış: 212

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş