Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Bakıda çoxmərtəbəli binada YANĞIN - ÖLƏN VAR

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 150 m² olan 4 otaqlı mənzilin bir otağında ev əşyaları 12 m² sahədə, eyvana açılan qapı və pəncərə çərçivəsi yanıb.
Gender.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın yerinin kəşfiyyatı zamanı 1945-ci il təvəllüdlü Abdullayev Sərhəd Səməd oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır

Tarix: 03 dekabr 2021
Baxış: 242

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş