Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Ağsuda növbəti dəfə güclü yanğın BAŞLADI

Ağsu rayonu ərazisində növbəti dəfə güclü yanğın başlayıb. Hadisə rayonun 5 kəndinin ərazisini əhatə edib. Rayonun Qəşəd kəndindən başlanan yanğın qısa müddətdə 200 hektara yaxın ərazini əhatə edib. Hazırda rayonun Qəşəd, Ləngəbiz, Keçdiməz, Bico və Gəgəli kəndlərinin ərazisində yanğın davam edir. Yanğın əsasən dağlıq ərazidə baş verdiyindən hadisəyə müdaxilə etmək çətinləşib. Hadisə yerinə Ağsu, Kürdəmir və Şamaxı rayonlarının yanğınsöndürmə briqadaları cəlb edilib. Hazırda yanğının qarşısını almaq üçün tədbirlər davam etdirilir. \\Virtualaz.org
Tarix: 16 avqust 2021
Baxış: 237

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş