Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Kürdəmirdə ağır qəza: 6 yaralı, maşın külə döndü

Kürdəmirdə ağır yol qəzası baş verib, 6 nəfər xəsarət alıb, onlardan 5-i bir ailənin üzvüdür.
Hadisə avqustun 13-də saat 16:30 radələrində Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Atakişilli kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, eyni markadan olan üç “Hunday” markalı avtomobil toqquşub. Hadisə zamanı Bakı sakini 44 yaşlı Ceyhun Şakay oğlu Qədirova məxsus avtomaşın yanaraq külə dönüb və sürücü xəsarət alıb. Bundan başqa digər avtomobildəki sürücü, 29 yaşlı Asim Asif oğlu Həsənov və onun ailə üzvləri 27 yaşlı Nuranə Rüstəm qızı Həsənli, 29 yaşlı Günel Asif qızı Həsənli, 6 yaşlı Səid Asim oğlu Həsənli və 3 yaşlı Asif Asim oğlu Həsənli müxtəlif dərəcəli xəsarətlər alıblar. Xəsarət alanlar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yanan avtomobili söndürmək üçün hadisə yerinə FHN-in Kürdəmir rayon Dövlət Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və digər avtomobillərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.\\Axar
Tarix: 13 avqust 2021
Baxış: 230

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş