Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Samsungun rəhbəri üçün gözlənilməz QƏRAR: Şirkətə rəhbərlik edə bilməyəcək

Samsung Electronics -in vitse -prezidenti və faktiki olaraq rəhbəri Lee Jae Young bu cümə günü həbsdən erkən azad ediləcək.
Bazar ertəsi günü Cənubi Koreya Ədliyyə Nazirliyi onun adını bu həftənin əvvəlində azadlığa buraxılacaq məhbuslar siyahısına daxil edib.
Qeyd edək ki, yanvar ayında Cənubi Koreya məhkəməsi rüşvət və mənimsəmədə təqsirli bilərək Lee Jae Youngu iki il yarım həbs cəzasına məhkum edib.
Daha əvvəl 2017 -ci ildə, Lee Jae Young korrupsiya, xaricdəki əmlakını gizlətmə, mənimsəmə və yalan ifadə verməkdə təqsirli bilinərək eyni iş üzrə 5 il həbs cəzasına məhkum edilmişdi.
Bu iş Cənubi Koreyanın keçmiş prezidenti Park Geun-hye ilə bağlı qalmaqalın bir hissəsidir və bu səbəbdən onun impiçmenti və cəzası alınıb. Bloomberg əlavə edir ki, azadlığa çıxmasına baxmayaraq Lee Jae Young üzərində şirkətini idarə etməsinə mane olacaq beş illik əmək qadağası var. \\KONKRET

Tarix: 09 avqust 2021
Baxış: 231

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş