Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Gədəbəydə "Prado" dərəyə aşıb - 8 nəfər xəsarət alıb

Gədəbəy rayonunun Saratovka kəndində avtomobilin aşması nəticəsində xəsarət alanların sayı artıb.
"Toyota Prado" markalı avtomobilin aşması nəticəsində xəsarət alanların sayı 8 nəfərə çatıb. Yaralılar Musazadə Aysel Vüqar qızı (2008-ci il təvəllüdlü), Məmmədova Aytəkin Həsən qızı (1987-ci il təvəllüdü), Həsənova Çiçək İsmayıl qızı (1964), Musazadə Leyla Vüqar qızı (2008), Əsgərzadə Samirə Qəzənfər qızı (1987), Musayeva Vəfa Qəzənfər qızı (1988), Musazadə Fatimə Vüsal qızı (2009), Musayev Camal Vüsal oğludur (2018).
Onlardan vəziyyəti ağır olanlar Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.

21:02
Gədəbəydə yol qəzası baş verib.
Hadisə Saratovka kəndində qeydə alınıb. İlkin məlumata görə, avtomobilin dərəyə aşması nəticəsində azı 6 nəfər yaralanıb. Yaralılar xəstəxanaya aparılıb. Onların arasında vəziyyəti ağır olanlar da var.
Faktla bağlı araşdırma aparılır.///report

Tarix: 09 avqust 2021
Baxış: 352

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş