Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Fransada polislərlə şübhəli şəxs arasında atışma oldu, yaralanan var

Fransanın Sent-Etyen şəhərində bir kişi polislərə atəş açıb.
Bu barədə “France Ble” radiostansiyası bildirib. Qeyd edilir ki, o, cavab atəşi ilə yaralanıb və saxlanılıb. Hadisə zamanı asayiş keşikçilərindən heç kim zərər çəkməyib.
Radiostansiyanın məlumatına görə, şənbə günü polis iki nəfərin qanunu pozması haqqında xəbər alıb. Hadisə yerinə gələn polis əməkdaşları avtomobildə əyləşən təxminən 30 yaşlı iki kişini aşkarlayıblar. Onlardan biri dərhal saxlanılıb, amma o biri qaçmağa çalışıb.
Radiostansiya şahidlərə istinadən bildirib ki, kişi evlərdən birinin həyətində gizlənib. Onun ardınca polislər də həyətə gəliblər. Bunun ardınca atəş səsləri eşidilib. Kişi qarın və ayağından ciddi xəsarət alıb. Asayiş keşikçiləri onun əllərini qandallayıblar, sonra isə həkimləri çağırıblar. \\KONKRET

Tarix: 07 avqust 2021
Baxış: 258

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş