Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Daha 3 erməni hərbçisi YARALANDI

Avtomobil qəzası nəticəsində Ermənistan silahlı qüvvələrinin üç zabitinin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı barədə məlumat ictimaiyyətdən gizlədilir.
Bu barədə sosial şəbəkələrin erməni seqmentində məlumat paylaşılıb.
Belə ki, rəhbərlik tərəfindən faktın ört-basdır edilməsi narazılığa səbəb olduğundan, qəza barədə zabitlərin qohumları və hadisənin şahidləri sosial şəbəkələrdə paylaşım ediblər.
Məlumatda qeyd olunub ki, avtomobil qəzası nəticəsində yaralanan hərbi hissənin qərargah rəisi və komandirin texnika üzrə müavini ağır vəziyyətdə hospitala çatdırılıb. Üçüncü hərbi qulluqçu isə müayinədən sonra evlərinə buraxılıb. Hadisənin şahidləri bildiriblər ki, qəzaya uğrayan avtomobil tam yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılsa da, yaralanan hərbçilərin vəziyyəti barədə heç bir rəsmi aşıqlama verilmir. \\Modern.az

Tarix: 28 iyul 2021
Baxış: 237

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş