Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Saatlıda ağır yol qəzası oldu, ölən və xəsarət alan var

Saatlıda 1 nəfərin ölümü, 1 nəfərin isə xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə bu gün axşam saatlarında şəhərin H. Əliyev prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı avtomobil “TIR” yük maşını ilə toqquşub.
Qəza nəticəsində minik avtomobilində olan Saatlı rayonunun Ağarəhimli kənd sakinləri, 1983-cü il təvəllüdlü Zeynalov Vahid Zakir oğlu hadisə yerində ölüb, Məmmədov Vüsal Əbülfət oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan paytaxt Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
Ölən və yaralının rayonda fəaliyyət göstərən “Barkot” firmasının işçiləri olduğu bildirilir.
Faktla bağlıaraşdırma aparılır. \\Report

Tarix: 16 iyul 2021
Baxış: 307

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş