Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Hacıqabulda baş verən yol qəzasında 4 nəfər xəsarət alıb
Hacıqabulda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Aran bürosu xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobillə "Lada" markalı avtomobil toqquşub. Qəza zamanı Ağcabədi rayon sakinləri - 1975-ci il təvəllüdlü Güləliyeva Nəcibə Muğan qızı, 2004-cü il təvəllüdlü Muradlı Qətibə Baxşeyiş qızı, Gəncə sakini - 1956-cı il təvəllüdlü Mahmudova Sənubər Qədim qızı və Rusiya Federasiyasında qeydiyyatda olan, 1982-ci il təvəllüdlü Qocayev Fariz Tahir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra yaralılar Travmatologiya şöbəsinə yerləşdirilib.
Yaralıların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Tarix: 16 aprel 2019
Baxış: 429

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş