Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Qobustan sakini dostunun evində öldürülüb


  Qobustan rayonunda törədilən qətlin bəzi təfərrüatları məlum olub.
Qobustan rayon sakini, 1985-ci il təvəllüdlü Rövşən Məhərrəmov dostu olan həmyerlisi, 1975-ci il təvəllüdlü Cabarov Elman Ziyadxan oğlunu öz evinə qonaq dəvət edib. Onlar yeyib-içdikdən sonra aralarında dava düşüb. Rövşən mətbəx bıçağı ilə Elmana bir neçə xəsarət yetirib. Elman aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Məlumata görə, Rövşən həmin evdə tək yaşayır. Qətli törədən şəxs tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Qobustan rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
***
saat 09:28
İyunun 22-də saat 07 radələrində Qobustan rayonu, Heydər Əliyev prospektində 1974-cü il təvəllüdlü Elman Cabarovun üzərində bıçaq xəsarətləri olan meyitinin aşkar olunması barədə daxil olan məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
İstintaqla hadisənin Qobustan rayon sakini, 1974-cü il təvəllüdlü Rövşən Məhərrəmov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
R.Məhərrəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.          
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.               /APA
Tarix: 23 iyun 2020
Baxış: 357

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş