Redaktor seçimi
    “Dağlıq Qarabağ münaqişəsi yoxdur, Ermənistan-Azərbaycan müharibəsi var”
Xəbər lenti
Reklam
TÜRK PA-nın baş katibi: "Mehriban Əliyeva gender bərabərliyi hərəkatının ön sıralarındadır"
 “Son illərdə Macarıstan və Özbəkistan nümayəndə heyətlərinin Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) plenar iclaslarında iştirakı bizi sevindirir”.
Nunu TÜRKPA-nın baş katibi Altınbek Mamayusupov Bakıda Azərbaycan Milli Məclisi ilə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) birgə təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında türk dünyası qadınlarının rolu” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, türk dilli xalqlar daima qadınlara əvəzolunmaz varlıq kimi yanaşıb: “Türk dilli xalqların həyatında qadınlar kişilərlə bərabər ailədə söz sahibi olub, dövlət idarəçiliyində layiqincə təmsil olunublar. Düz 101 il əvvəl Azərbaycan Şərqdə qadınlara səsvermə hüququ verən ilk ölkə olub. Bu gün isə Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva gender bərabərliyi hərəkatının ön sıralarındadır. Mehriban Əliyeva bu sahədə çoxşaxəli fəaliyyəti ilə diqqət çəkir”.
TÜRKPA-nın Baş katibinin sözlərinə görə, gender bərabərliyi sahəsində türk dilli ölkələrinin qanunvericiliyi sahəsində fikir mübadiləsi aparılmalıdır.
A.Mamayusupov qeyd edib ki, qadınlar hələ də zorakılığın müxtəlif növlərinə məruz qalmaqdadır.   /APA
шаблоны для dle 11.2
Baxış: 80

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş