Redaktor seçimi
    "Ermənistan hakimiyyəti Akdağ dağını Azərbaycanın tam nəzarətinə vermək niyyətindədir" - FOTO
Xəbər lenti
Reklam
“İsrailin iki F-35 təyyarəsi Bakıya gəlib” – İranın yeni iddiası

İsrailin iki F-35 təyyarəsi Bakıya gəlib”.
 
Bu iddianı SEPAH-a yaxınlığı ilə seçilən “Azariha” Telegram səhifəsi yayıb.
 
Məlumatda deyilir:
 g
“Hərbi məlumatlara görə, İsrail Hərbi Hava Qüvvələrinə məxsus iki ədəd F-35 təyyarəsi Bakı Respublikasına endi. Bu gizli təyyarələr nüvə obyektlərini bombalamaq üçün istifadə olunur. İsrailin İrana birbaşa çıxışı olmadığı üçün bu təyyarələrin Bakıda yerləşdirilməsi əhəmiyyətlidir”.
ranın uran zənginləşdirməsini 60 faizə çatdırmasından qorxuya düşən İsrail guya Bakıdan hərbi baza kimi istifadə edərək İran əleyhinə fəaliyyəti artırıb.
 
“Son üç həftə ərzində iki ölkə arasındakı münasibətlərə görə Bakının qəsdən gərginliyi artırması İsrailin bu bazanı Azərbaycanda yerləşdirmə ssenarisinin bəhanəsi ola bilər”, - məlumatda belə deyilir.
 
Qeyd edək ki, Azərbaycanın öz ərazisini erməni işğalından azad etməsini özünün Avropaya açılış projesinə zidd hesab edən İran ölkəmizə qarşı ən müxtəlif uydurma arqumentlər irəli sürür. Gah Zəngilanda hansısa camış fermasını İsrailin hərbi bazası təqdim edir, gah da Qəbələdə İsrail təyyarələrinin yerləşdirildiyini bildirir. Azərbaycanın “əgər faktınız varsa, təqdim edin” çağırışına isə məhəl qoymur. 
 
İndisə F-35 təyyarələrinin nüvə obyektlərini vurmaq üçün icad olunduğu bildirən SEPAH-a yaxın media bu təyyarələrdən 2-nin Azərbaycana göndərilməsi barədə növbəti yalanını irəli sürür. Bu yalanını əsaslandırmaq üçün öz aləmində “ağlabatan” versiya da uydurur: İranla birbaşa sərhədi olmadığı üçün İsrail F-35-lərini Azərbaycana göndərir. Halbuki, İranla birbaşa həmsərhəd olan körfəz ölkələrinin bəzilərində F-35 təyyarələri var və İsrail istədiyi təqdirdə ərəblər məmnuniyyətlə Tel-əvivin əmrini icra edə bilərlər. 
 
Heç uzağa getməyək, illik hərbi büdcəsi  27 milyard dollar olan BƏƏ-nin ən azı 2 F-35 təyyarəsi var və əmirlik rəsmiləri dünyada yeganə düşmənlərinin İran olduğunu gizlətmirlər belə. Əmirliyin ABŞ-dakı səfiri Yusif əl-Otaiba 2010-cu ildə mətbuata verdiyi açıqlamasında bu həqiqəti belə ifadə etmişdi: "Son 40 ildə ordumuz İran təhlükəsi ilə yedi, içdi, yatdı, oyandı. Bölgədə BƏƏ üçün təhlükə yaradan heç bir ölkə yoxdur, yalnız İran savayı”.
 
Üstəlik, son zamanlar İsraillə BƏƏ arasında diplomatik və hərbi əməkdaşlıqlar da getdikcə güclənir. İran isə bu gerçəklikləri görməzlikdən gəldiyi halda, gah camışa İsrail silahı deyib, gah da yalan məlumatlar uyduraraq, Azərbaycana yüklənir. 
 
Digər tərəfdən, nüvə obyektlərinin təyyarə ilə vurulması da məntiqə sığmir. Ümumiyyətlə, müasir raketlərin əsas təyinatı təyyarələrə ehtiyac duymadan və heç bir canlı itkilər vermədən, istənilən obyekti daha rahat, dəqiq vurmaqdır. İsrail isə hədəfləri ən dəqiq zərbələrlə vurmaq qabiliyyətinə malik raketləri ilə ünlüdür. O zaman niyə daha riskli və qeyri-effektiv yolla İranın nüvə obyektlərini zərərsizləşdirsin?
 
Göründüyü kimi, İran ən uydurma “dəlillərlə” Azərbaycanı qaraladığı halda, əsl təhlükəni obyektini nədənsə görməzlikdən gəlir. Yəqin ona görə kimi, İranın gerçək İsrail dostu qarşısında at oynatmağa cəsarəti çatmadığından, ona uydurma düşmən obrazı yaratmaq daha sərfəlidir. Bizim qarşımızda at oynadaraq özünü təbəələrinə "dünyanın super güclərinə xox gələn qəhrəman" kimi göstərsin deyə.  \\Ovqat.com
Tarix: 07 oktyabr 2021
Baxış: 30

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}

[an error occurred while processing the directive]