Xəbər lenti
Reklam
10 narkotacir qandallandı

Gürcüstanda narkotik maddələrin qanunsuz satışı ilə məşğul olmaqda şübhəli bilinən 10 nəfər saxlanılıb.
Gender.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi bildirib.
Bildirilib ki, onlardan heroin və kokain götürülüb.
Məlumata görə, saxlanılan şəxslər sistematik şəkildə narkotik vasitələrin satışı ilə məşğul olublar.
Bildirilib ki, şübhəlilərdən biri ukraynalı olmaqla ikisi xarici ölkə vətəndaşıdır. Tutulanların ikisi əvvəllər mühakimə olunub.
Əməliyyat zamanı onların üzərindən və yaşadıqları evlərə baxış zamanı müxtəlif adda narkotik vasitələr, o cümlədən bir kiloqramdan artıq heroin, “Subotex”, “Alpha-PVP”, 45 bağlamada metadon, habelə böyük miqadarda kokain, eyni zamanda narkotik maddələrin satışından əldə etdikləri pul aşkarlanaraq götürülüb.
Saxlanılanları Gürcüstan qanunlarına görə, 5 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Tarix: 07 sentyabr 2022
Baxış: 407

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş