Xəbər lenti
Reklam
Kəlbəcərdə ehtiyatsızlıq ölümlə nəticələndi: Göyçay sakini yol çəkilişi zamanı həlak oldu

Kəlbəcər rayonunda işləyən Göyçay sakini bədbəxt hadisə zamanı dünyasını dəyişib.
Göyçay rayonu Mallı-Şıxlı kənd sakini, 1965-ci il təvəllüdlü Rüstəmov Bəhruz Xudat oğlu bu gün Kəlbəcər rayonunun Alagöl kəndi ərazisində yol çəkilişi zamanı idarə etdiyi qreyderdən yerə düşərkən ehtiyatsızlıqdan ayağı sürüşüb, yıxılaraq başı daşa dəyib.
Bəhruz Rüstəmov ağır kəllə-beyin travması aldığı üçün hadisə yerində dünyasını dəyişib.
Bəhruz Rüstəmov bir ildən çoxdur ki, Qarabağ ərazisində aparılan yol çəkilişlərində tikinti texnikası idarə edirdi.
Hazırda onun meyiti yaşadığı Göyçay rayonunun Mallı-Şıxlı kəndinə gətirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. \\APA

Tarix: 06 sentyabr 2022
Baxış: 378

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş