Xəbər lenti
Reklam
Tovuzda 30 yaşlı qadın və 17 yaşlı qız itkin düşdü - FOTO

Tovuzda 30 yaşlı qadın və 17 yaşlı qız itkin düşüblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Tovuz rayon Yuxarı Öysüzlü kənd sakini, 1992-ci il təvəllüdlü Məhəbbət Əsgərova iyul ayının 16-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Bundan başqa Tovuz rayon Polis Şöbəsinə daha bir şəxsin itkin düşməsi barədə məlumat daxil olub. Belə ki, rayon sakini, 2005-ci il təvəllüdlü Hava Məmmədova avqust ayının 17-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.



Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-315-00-94 şəhər və (070) 213-64-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur. \\Redaktor

Tarix: 01 sentyabr 2022
Baxış: 459

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş