Xəbər lenti
Reklam
Qaz kartlarına 10 manatlıq hədiyyə yüklənəcək? — RƏSMİ AÇIQLAMA
 
Dünən gecə saatlarından bəzi sosial şəbəkə istifadəçiləri smart-kartlara ödəniş terminallarında əlavə 10 manat vəsaitin hədiyyə edilməsi ilə bağlı yanlış məlumatlar paylaşıb, səs yazıları, elanlar verilib.
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən verilən məlumata görə, bununla da insanların kütləvi aldadılması halları aşkarlanıb.
“Azəriqaz” İstehsalat Birliyi olaraq bəyan edirik ki, belə məlumatlara aldanmayın və aşağıdakı şərhimizə diqqətlə yanaşın. Ümumiyyətlə smart-kartın bərpası deyilən bir xidmət mövcuddur. Yəni sosial şəbəkələrdə bu barədə yayılan video materialda da həmin proses tam düzgün izah olunur. Smart-kart necə bərpa olunursa, ondan danışılır.\\Demokrat
Tarix: 26 aprel 2020
Baxış: 308

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş