Xəbər lenti
Reklam
Kəlbəcər rayon İcra Hakimiyyəti yazılanları təkzib etdi - Rəsmi

Parlamentə növbədənkənar seçkilərin ilk təbliğat, təşviqat günündə bəzi dairələrin zəif namizədləri güclü namizədlərə qarşı qarayaxma kampaniyasına başlayıb. Bununla da onları seçicilərinin gözündən salmağı düşünsələr də, sosial şəbəkələr vasitəsilə yaydıqları məlumatların üstü açıldıqdan sonra rüsvay olublar.
Belə qarayaxma kampaniyalardan biri 123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizəd olan Aqil Məmmədova qarşı aparılıb.
Belə ki, Dalidag.az saytında kəlbəcərli məcburi köçkün Gülxanım Kərimovanın Mingəçevirdə yataqxanada müvəqqəti məskunlaşdığı otağın yanmasından sonra edilən şikayət və müraciətlərə baxmayaraq Kəlbəcər rayon İcra Hakimiyyəti və hazırda məskunlaşdığı Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən zərərçəkənə heç bir yardımın göstərilməməsi məlumatı ictimailəşdirilib.
O da vurğulanıb ki, 123 saylı Kəlbəcər Seçki Dairəsi üzrə deputatlığa namizəd Əziz Qənbərov baş vermiş hadisə ilə əlaqədar xanımı ziyarət edib. Qohumunun evində sığınacaq tapmış məcburi köçkün vəziyyətinin ağır olduğunu, küçələrdə qaldığını və şikayətinə baxılmadığını bildirib. Məsələ ilə yaxından tanış olan vəkil hadisəni ictimailəşdirib. Bundan sonra, G. Kərimovanın evi təmir olunub. Ancaq buna baxmayaraq o hələ də küçələrdədir. Ev heç bir əşya ilə təmin olunmayıb, yaşamaq üçün yararsızdır.
Lakin Kəlbəcər rayon İcra Hakimiyyətinin yaydığı rəsmi məlumatda yazılanların heç bir həqiqətə uyğun olmadığı və hadisə baş verəndən sonra İcra Hakimiyyətinin rəsmisinin zərərçəkən Gülxanım Kərimova ilə görüşdüyü, ona maddi yardımın göstərildiyi, eyni zamanda "Qaçqınkom" qarşısında məsələ qaldırıldığı və tez bir zamanda mənzili təmir olunduğu qeyd olunub.
Belə bir əsassız və dəqiqləşdirilməmiş məlumatın yayılması heç də Əziz Qənbərovun zərərçəkənə humanistliyindən yox, həmin dairədən YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülən və kəlbəcərlilər tərəfindən dəstəklənən Aqil Məmmədovun nüfuzuna xələl gətirilməsi cəhdinə də işarədir.
O da vurğulanıb ki, bundan sonra dəqiqləşdirilmədən belə xəbərlər ictimailəşdirilərsə, o zaman hüquq - mühafizə orqanlarına müraciət olunacaq.

 
Tarix: 20 yanvar 2020
Baxış: 395

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş