Xəbər lenti
Reklam
Aqil Məmmədov Murovdağ qəsəbəsində seçicilərlə görüşdü - FOTO

Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seckilərə "Daha güclü Azərbaycan naminə" şüarı ilə öz namizədləri ilə qatılır və onların təbliğat-təşviqat prossesi uğurla davam etdirilir.
Bu gün Kəlbəcər rayon 123 saylı seçki dairəsindən namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Məmmədov Aqil Sadıq oğlu Göygöl rayon Murovdağ qəsəbəsində müvəqqəti məskunlaşmış məcburi köçkün seçicilərlə görüş keçirmişdir. Görüşdə çıxış edən seçicilər namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Məmmədov Aqil Sadıq oğlunu dəstəkləyəcəklərini ifadə edərək ona güvəndiklərini bildirmişdir. A. Məmmədov seçiciləri qarısında çıxış edərək əgər ona etimad göstərsələr bundan sonra da dövlətə və xalqa ləyaqətlə xidmət edəcəyini, kəlbəcərlilərin haqq səsi olacağını bildirmişdir.


Tarix: 18 yanvar 2020
Baxış: 715

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş