Xəbər lenti
Reklam
Əlillik əngəl deyil - LAYİHƏSİ - FOTO

Füzuli rayon 5 nömrəli tam orta məktəbinin müəlliməsi Nağıyeva Təranə İnqilab qızının“Əlillik əngəl deyil” adlı layihəsinə bu ilin avqust ayının 01-indən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 3-cü qrant müsabiqəsi çərçivəsində start verilmiş və hazırda yekunlaşmışdır. Layihə çərçivəsində nəzərdə tutulan valideyn, müəllim və şagird qrupları formalaşdırılaraq təlimlərə cəlb edilmişdir.
Hazırda layihənin sonuncu mərhələsi yekunlaşmaqdadır.
Qeyd edək ki, layihənin məqsədi sağlamlıq imkanları məhdud uşaqlara zəruri bilik, bacarıq və vərdişlər aşılanmaqla onların Füzuli rayon 5 nömrəli tam orta məktəbində təhsil almasına şərait yaradılması, cəmiyyətə inteqrasiyasını təmin etmək üçün pedaqoji heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsidir.
Bu məqsədə nail olmaq üçün layihə çərçivəsində müəllim, valideyn və şagird qrupları ilə qeyd olunan mövzular üzrə məlumat xarakterli seminarların təşkili və s. fəaliyyətlər həyata keçirilmişdir.
Layihənin uğurlu və effektiv nəticələnməsi üçün ardıcıl olaraq yerinə yetirilən vəzifələr aşağıdakılardır:
1. sağlamlıq imkanları məhdud şəxslərin təhsilinin təşkili ilə bağlı pedaqoji kadrların hazırlanması və ya əlavə təhsilə cəlb olunması;
2. sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlb olunması və sosial inteqrasiyasının vacibliyi barədə aidiyyəti dövlət qurumları ilə birlikdə təbliğat və ictimai maarifləndirmə işinin aparılması.
3. təhsil müəssisələrinin və tədris proqramlarının sağlamlıq imkanları məhdud şəxslərin ehtiyaclarına uyğunlaşdırılması üçün tədbirlərin görülməsi
Layihənin icrası müddətində qeyd olunan vəzifələr tam olaraq yerinə yetirilmiş və layihə iştirakçıları arasında nəticələrin qiymətləndirilməsi məqsədli sorğular keçirilmişdir.
Hazırda layihənin qiymətləndirilməsi və monitorinqi yekunlaşmış və layihə üzrə maaliyyə və proqram hesabatları hazırlanmaqdadır.



 






Gender.az
Tarix: 31 oktyabr 2019
Baxış: 80542

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş