Redaktor seçimi
    “Məhkəmə - hüquq sistemi”ndə İSLAHATLARIN DƏRİNLƏŞMƏSİ HAQQINDA
"Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyi "Təhsildən yayınan uşaqlarla fərdi profilaktik işin aparılması" layihəsinin icra planına uyğun təlim keçirdi - FOTO

"Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Uşaqların təhsildən yayınması və baxımsızlığı ilə bağlı monitorinqlərin keçirilməsi, təhsildən yayınan və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla fərdi profilaktik işin aparılması" layihəsinin icra planına uyğun olaraq 30 oktyabr 2019-çu il tarixdə saat 14.00-da Sabunçu rayonun Gənclər evində könüllülərdən ibarət monitorinq qrupunun yaradılması və mövzu ilə bağlı onlara təlim keçirdi.
Gender.az-ın məlumatına görə, təlimi giriş sözü ilə açan layihə rəhbəri Gülayə Səfərova Layihə çərçivəsində 2 regionda (Ağdaş, Yevlax) və Bakı şəhərindəki məktəblərdə (Sabunçu, Suraxanı və Binəqədi) təhsildən yayınan və məcburi əməyə cəlb edilən, eləcə də küçələrdə dilənməyə məcbur edilən uşaqlarla bağlı monitorinqlər keçiriləcəyi və potensial insan alveri qurbanlarının müəyyən edilərək onlarla fərdi profilaktik iş aparılacağı barədə təlim iştirakçılarına məlumat verdi. Təlimdə iştirak edən DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, polis mayoru İbrahim Əhmədov insan alveri probleminin bu gün bütün dünya cəmiyyətlərinin əsas sosial bəlalarından biri olduğu,xüsusilə təhsildən yayındırılıb, məcburi əməyə və dilənməyə cəlb edilərək istismar edilən uşaqların potensial qurbana çevrilməsi, bu problemlə mübarizə istiqamətində ölkəmizdə insan alveri ilə mübarizə, bu tip hərəkətlərə yol verən şəxslərin cəzalandırılması və zərərçəkmiş şəxslərin sosial-psixoloji reabilitasiyası istiqamətində mühüm işlərin görülməsi ilə bağlı təlim iştirakçılarını məlumatlandırdı, təlimdə iştirak edən “Mərhəmət kimsəsizlərə yardım” İB-nin sədri İradə Polad, “Gənclərin həmrəyliyi” İB-nin sədri Zülfiyyə Nuriyeva, “Müasir Azərbayçan qadını” İB-nin sədri Kəmalə Muradlı və sayt rəhbəri Nicat Baxşəliyev və Hürriyyət qəzetinin müxbiri Mətanət İmamquliyeva mövzu ilə bağlı öz dəyərli fikirləri ilə təlim iştirakçılarını məlumatlandırdılar. Daha sonra təlimçi Fariz Əkbərov könüllülərdən ibarət yaradılmış monitorinq qrupuna təlim keçdi. Təlimdə əsasən gənclər və məktəb müəllimləri çoxluq təşkil edirdi.





 
 
 



  
шаблоны для dle 11.2
Baxış: 7061

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender