Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Mehdiyevdən məşhur idmançıya şərt: “Ya istefa ərizəsi...”

Dövlət Gömrük Xidmətinin rəisi Səfər Mehdiyev bu qurumda çalışan məşhur karateçi Rəfael Ağayevin qarşısında şərt qoyub.
 
Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətində Döyüş və fiziki hazırlığın təşkili şöbəsinin rəisi təyin edilən Rəfael Ağayev uzun müddətdir ki, işə getmədən bu vəzifəni icra edirmiş.
 
Onun işə gəlməməsinə Səfər Mehdiyev idmançının gündəlik məşqlərinə görə göz yumub.
 
Son zamanlar hökumət daxilindən təzyiqlərə tuş gələn Səfər Mehdiyev, Rəfael Ağayev başda olmaqla işə çıxmayan hər kəsin qarşısında “Ya iş, ya da istefa ərizəsi” şərtini qoyub.
 
Bu barədə saytımızı bilgiləndirən mənbənin iddiasına görə, hazırda Gömrük Komitəsində adı işdə keçən, amma işə gəlməyən 100-ə yaxın əməkdaş var.
 
Onların əksəriyyəti yüksək vəzifəli şəxslərin övladları və yaxınlarıdır. \\Gununsesi.info

Tarix: 28 iyun 2022
Baxış: 260

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş