Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
“Hayastan” Ümumerməni Fondunda YARPAQ TÖKÜMÜ - Sarkisyan-Koçaryan çütlüyü İSTEFA VERDİ

Ermənistanın ikeçmiş prezidentləri Serj Sarkisyan və Robert Koçaryan “Hayastan” Ümumerməni Fondunun Himayəçilik Şurasının üzvlüyündən istefa veriblər.
Bu barədə erməni mətbuatı məlumat yayıb.
“Serj Sarkisyan bu gün Hayastan Fondunun Himayəçilər Şurasının 31-ci illik iclasında iştirak etməyib, çünki o, bir neçə gün əvvəl Qəyyumlar Şurasına üzv olmaq barədə rəsmi təklifi rədd edib”, – məlumatda deyilir.
Sarkisyanın ardınca, maliyyə şəffaflığının itirilməsi və etimadın aşınması səbəbindən Koçaryan da strukturun qəyyumlar şurasına daxil olmaqdan imtina edib.
Qeyd edək ki, Ermənistan prezidenti Vaaqn Xaçaturyan özünün sədri olduğu qəyyumlar şurasının iclasında “Hayastan” ümumerməni fondunun siyasətdən kənarda qalmalı olduğunu deyib.
““Hayastan” ümumerməni fondu siyasətdən kənarda qalmalıdır. İstənilən milli vəzifələr siyasi simpatiyaları istisna edir. Maliyyə cəhətdən şəffaf olmaq lazımdır”, – prezident bildirib. \\KONKRET.az

Tarix: 25 iyun 2022
Baxış: 421

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş