Xəbər lenti
Reklam
“WhatsApp” qrup zənglərinə yeni funksiyalar əlavə edib

"WhatsApp” tərtibatçıları "Android” və "iOS” sistemlərində messencerə yeniləmə təqdim ediblər. Yeniliklərdən biri odur ki, artıq qrup zənglərinin iştirakçılarının səsini söndürmək mümkün olacaq.
Bu barədə "FoneArena” məlumat yayıb.
İstifadəçilər indi qrup zəngi zamanı digər iştirakçıların səsini söndürə biləcəklər. Bu, həmsöhbətlərdən birinin mikrofonu söndürməyi unutduğu zaman çox faydalı ola bilər. Bu funksiya qrup zəngində iştirak edən hər kəs üçün əlçatan olacaq.
Bundan başqa, yenilənmədən sonra qrup zənginin iştirakçıları bir-birinə şəxsi mesajlar da göndərə biləcəklər. \\Report

Tarix: 18 iyun 2022
Baxış: 535

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş