Xəbər lenti
Reklam
Zibillikdən sərvət çıxdı - VİDEO

Bərk məişət tullantılarının çeşidlənməsi zavodunda hər il 100-150 kiloqram və ya 1500 manata yaxın dəmir pul tapılır.
Gender.az xəbər verir ki, tapılan xırda qəpiklər əvvəlcə yuyucu vasitələrdən istifadə edilərək yuyulur, sonra isə dezinfeksiya edilir. Mərkəzi Banka təhvil verilib kağız pullara dəyişdirilən həmin məbləğ xeyriyyə məqsədləri üçün istifadə edilir.
"Təmiz Şəhər" ASC -nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Orxan Cabbarov deyib ki, hər gün zavoda 2 min tondan çox tullantı təhvil verilir. Bunların içərisindən isə xeyli miqdarda qəpiklər tapılır. 
Onun sözlərinə görə, tapılan vəsait hər il xeyriyyə məqsədilə istifadə olunur.
Qeyd edək ki, Bərk məişət tullantılarının çeşidlənməsi zavodunda  tapılan dəyərli əşyalardan ibarət  muzey də fəaliyyət göstərir.
Daha ətraflı videomaterialı təqdim edirik:
 
 
Xezerxeber.az 

Tarix: 31 may 2022
Baxış: 488

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş