Redaktor seçimi
    2025-ci ilədək bu şəxslərin maaşlarına əlavələr olunacaq - Baş nazirdən QƏRAR
Xəbər lenti
Reklam
Tualetə mobil telefonla getməyin – TƏHLÜKƏ

Tualetdə telefonla vaxt keçirmək Hemoroid (babasil) xəstəliyi riskini artırır.
Bu qənayətə türkiyəli cərrah Səbahəddin Çəlik gəlib.
Mütəxəssis "Smartfonların Hemoroid xəstəliyi ilə əlaqəsini araşdırma" adlı elmi çalışmalar aparıb.
Araşdırmaya hemoroid xəstəliyi olan 882 və hemoroid şikayəti olmayan 802 nəfər cəlb edilib. Məlum olub ki, insanların çoxu tualetə smartfonla girirlər.
"Mobil telefonla tualetə gedənlərin orada daha çox zaman keçirdiyini müşahidə etdik. Bu da hemoroid patogenezində risk faktorudur. Təzyiq səbəbiylə hemoroid şikayətləri artır".
Həkim mümkün risklərin qarşısının alınması üçün smartfonlarla tualetə getməməyi tövsiyə edir. \\AZİNFORM.AZ

Tarix: 30 may 2022
Baxış: 467

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş